ABŞ-nin vitse-prezidenti bu tarixdə Azərbaycana gələcək
- 09.02.2026, 09:48,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.
Telexeber.az xəbər verir ki, bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlamasında deyib.
Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.
Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.
Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.