Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskinin Münhen Təhlükəsizlik Konfransında onu hədəfə alan sözlərinə cavab verib. Metbuat.az xəbər verir ki o, bu barədə özünün “X” hesabında qeyd edib. “Əziz Volodimir, Ukraynanın
- 15.02.2026, 10:43,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan və Ukrayna prezidentləri enerji tərəfdaşlığını müzakirə edib.
Telexeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Prezident İlham Əliyevlə görüşü barədə paylaşımında bildirib.
Zelenski görüşdə enerji dəstəyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Onu enerji sistemində ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturumuza zərbələrinin nəticələri ilə bağlı məlumatlandırdım. Son enerji dəstək paketinə görə minnətdaram. Biz ikitərəfli əlaqələrdə olan inkişaf və Azərbaycanın marağında olan enerji layihələrinin icrası barədə fikir mübadiləsi apardıq. Biz həm də sülhə nail olmaq məqsədi daşıyan danışıqlar prosesinə də diqqət ayırdıq”,- Zelenski qeyd edib.