Rəsmi Bakıdan İranın dron hücumuna reaksiya
- 05.03.2026, 13:39,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır".
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd olunub ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib.