NATO-dan Azərbaycanla bağlı mesaj
- 27.03.2026, 12:26,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üçün Cənubi Qafqaz mühüm əhəmiyyət daşıyır.
Telexeber.az xəbər verir ki, bu fikirlər NATO-nun baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.
Bildirilib ki, 2025-ci ildə NATO Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan əhəmiyyətli irəliləyişi və Amerika Birləşmiş Ştatlarının sülh prosesinə davamlı töhfəsini alqışlayıb:
“Avqustda sülh sazişinin paraflanması normallaşma və regional təhlükəsizlik istiqamətində mühüm addım olub. NATO hər iki ölkə ilə dialoq və əməkdaşlığı dərinləşdirməyə hazırdır”.