Ağ Şəhər mənə çox böyük təəssürat bağışlayıb - Latviya Prezidenti
- 23.04.2026, 08:33,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Latviya Prezidenti Edqars Rinkeviçs Ağ Şəhəri ziyarət edib və çox bəyənib.
Telexeber.az xəbər verir ki, E. Rinkeviçs bunu Azərbaycan-Latviya biznes forumunda çıxışı zamanı deyib.
"Ağ Şəhəri ziyarət etdim, bu, mənə çox böyük təəssürat bağışladı", - o bildirib və əlavə edib ki, bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb:
"Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir", - Latviya Prezidenti bildirib.