Azərbaycan XİN Braziliyanı təbrik etdi
- 07.09.2020, 22:57,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Telexeber.az xəbər verir ki, təbrik mətni nazirliyin rəsmi “Twitter” səhifəsində yayılıb.
“Bu gün Braziliya Federativ Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq və Braziliya xalqına cansağlığı, sülh və firavanlıq diləyirik”, - təbrikdə qeyd olunub.