Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışdı
- 15.01.2021, 22:06,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

2021-ci ilin 15 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Finlandiya xarici işlər naziri Pekka Olavi Haavisto ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyət barədə finlandiyalı həmkarını məlumatlandırıb.
Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də 11 yanvar 2021-ci il tarixində imzalanmış birgə bəyanat ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.