Ərdoğan beynəlxalq tribunadan səsləndi: Qarabağda əsas hədəfimiz...
- 04.03.2021, 19:38,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qarabağda əsas hədəfimiz işğalın səbəb olduğu fəsadları aradan qaldırmaq, sabitliyin və təhlükəsizliyin bərqərar olmasına dəstək verməkdir”.
Telexeber.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatı sammitindəki çıxışı zamanı belə deyib. O bildirib ki, Ermənistan 30 illik işğal zamanı Qarabağda ciddi dağıntılar törədib.
“Bundan sonra əsas hədəfimiz 30 illik fəsadları birlikdə aradan qaldırmaqdır” - deyən Ərdoğan, Ermənistanın bölgənin sabitliyi üçün atılacaq sülh addımlarına dəstək verəcəyinə ümid etdiyini vurğulayıb.