ATƏT sədri Azərbaycana səfər edəcək

ATƏT sədri Azərbaycana səfər edəcəkATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde martın 15-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Telexeber.az qurumun saytına istinadən xəbər verir.
Məlumata görə, səfər zamanı Linde Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Baş nazir Əli Əsədovla görüşəcək və Qarabağla bağlı danışıqlar aparacaq.

Bundan başqa, görüşlər zamanı Linde ATƏT-lə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə etməyi planlaşdırır.

“Səfər çərçivəsində ATƏT sədri vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək”, - məlumatda deyilir.
Популярный ролик