35 siyasi partiya MSK-ya hesabat verdi
- 31.03.2021, 19:27,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət sabah başa çatır.
Telexeber.az-ın məlumatına görə, indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i 2020-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.
Hazırda partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi prosesi davam edir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.