Paşinyan “Qarabağ məhsuliyyətindən” boyun qaçırdı - Putin İrəvana “xəyanət” edib?

Paşinyan “Qarabağ məhsuliyyətindən” boyun qaçırdı - Putin İrəvana “xəyanət” edib?
''Ermənistandakı bəzi qüvvələr anti-Rusiya isterikasını qamçılamağa çalışırlar''.

Telexeber.az rus KİV- nə istinadən xəbər verir ki, bu açıqlamanı Ermənistan Respublikasının ikinci eks Prezidenti Robert Köçəryan, Birinci Kanalda yayımlanan "Pozner" verilişinin efirində Rusiyanın Ermənistana xəyanət edib etmədiyi sualını cavablandırarkən söyləyib.
Paşinyan “Qarabağ məhsuliyyətindən” boyun qaçırdı - Putin İrəvana “xəyanət” edib?
"Bu mövzu uzun müddətdir, müharibədən əvvəl də, əsasən Ermənistandakı Rusiya yönümündən narazı olan qüvvələr tərəfindən səsləndirilir. İndi yeni bir vəziyyət meydana gəldi və eyni qüvvələr ondan mümkün qədər maksimum dərəcədə istifadə edirlər.

Bununla da onlar anti-rus düşüncələrini qamçılayırlar. Ancaq müharibəni provokasiya edən Rusiya deyildi. Əksinə müharibəni dayandırmaq üçün mümkün qədər çox şey etdi''-deyə Köçəryan bildirib.

Köçəryana görə, müharibəni tamamilə fərqli bir formada dayandırmaq üçün bir fürsət var idi, ancaq Ermənistan Baş naziri Nikol Paşinyan belə bir qərara görə məsuliyyəti öz üzərinə götürmədi. Nəticədə, Ermənistan 19 oktyabr tarixindən qat-qat çox itirdi.

Rusiyanın Azərbaycana silah satması iə bağlı suala isə Köçəryan belə bir cavab verib.

''Əgər Azərbaycana Rusiya silah satmasa, Azərbaycan başqa ölkələrdən də silah ala bilər''.
Популярный ролик