Mixail Muraşko Azərbaycanda səfərdədir
- 06.07.2021, 12:04,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.
Telexeber.az xəbər verir ki, o, Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Səfər zamanı Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır.