Ərdoğan BMT-də Azərbaycandan danışdı
- 22.09.2021, 10:12,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Qafqazda sabitlik baxımından önəmli addımlar atılıb.
Telexeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı edərkən deyib.
"Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq", - Ərdoğan qeyd edib.