Qarabağla bağlı həllini gözləyən məsələlər var - İbrahim Kalın
- 29.09.2021, 10:59,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bütün bölgədə sülhü təmin edəcək.
Telexeber.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın məlumat verib.
"Qarabağla bağlı həllini gözləyən məsələlər var. Atəşkəs müqaviləsi imzalanıb, lakin hələ də sülh müqaviləsi yoxdur. Sülh müqaviləsi bütün bölgədə sülhü təmin edəcək və bu, ən yaxşı yanaşma olacaq. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı bir neçə başqa açıqlama da verib. Sülh müqaviləsinin qısa müddətdə imzalanması üçün mina sahələrinin xəritələrinin verilməsi kimi texniki məsələlər sürətləndiyi təqdirdə Ermənistanla bu barədə danışmaq olar" deyə Kalın bildirib.