“Ermənistana 105, Azərbaycana 17 nəfər qaytarılıb” - Zaxarova
- 22.10.2021, 08:47,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından indiyədək 122 saxlanılan şəxs dəyişdirilib”.
Telexeber.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“2020 -ci ilin dekabrından bu yana 105 nəfər Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib. Mübadilə prosesinin davam edəcəyinə ümid edirik”- deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya bütün istiqamətlərdə Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün lazım olan hər cür dəstəyi verməyə davam etmək niyyətindədir.