ABŞ investorlarının azad edilən ərazilərin bərpasında iştirakı müzakirə olunub
- 09.12.2021, 09:56,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.
Telexeber.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.
O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.
"Amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", -nazir əlavə edib.