Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi
- 10.01.2022, 10:33,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.
Telexeber.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində paylaşım edilib:
“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.