Ermənistanın keçmiş müdafiə naziri SARSAQLADI: Minsk Qrupu fəaliyyətə başlamalıdır

Ermənistanın keçmiş müdafiə naziri SARSAQLADI: Minsk Qrupu fəaliyyətə başlamalıdır"2018-ci ildən sonra Ermənistan üçün deyil, Azərbaycan üçün hərbi həll yolu gətirən Nikol oldu. O, hər şeyi qarışdırdı ki, beynəlxalq ictimaiyyət vəziyyətin həqiqətdə necə olduğunu heç kim başa düşməsin. Onlar elə fərz etdilər ki, Ermənistanın da istədiyi müharibədir".

Telexeber.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan edib. O qeyd edib ki, Nikol nə danışdığını bilmədiyi üçün təəssüf ki, erməni xalqı, erməni ordusu o axmaq bəyanatın bədəlini ödəyir. Artak Zakaryan düşünür ki, məsələnin həlli yolu Minsk Qrupunun yenidən fəaliyyətə başlamasıdır.
"Bu zaman Ermənistan tərəfindən aydın şəkildə gündəm formalaşdırılmalıdır. Bu aydın gündəliyin formalaşdırılması Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini əhatə etməlidir. Bundan sonra statusun hansı variantının daha reallaşacağı artıq danışıqlar prosesini və super güclərin və tərəfdaşlarımızın regionda davam etdirdikləri geosiyasi maraqları göstərəcək".

Görünür bu gün Mİlli Məclisdə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirə edilib təsdiqlənməsi Ermənistanda ciddi narazılığa səbəb olub ki, keçmiş müdafiə naziri belə bir açıqlama verməklə kütləni sakitləşdirməyə çalışıb.
Популярный ролик