Azərbaycan, Türkiyə və İsrail səfiri görüşüb
- 04.02.2022, 10:47,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub.
Telexeber.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviterdə yazıb.
“Səfir Mixael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!”, - Azərbaycan səfiri qeyd edib.
Həmçinin bu görüş barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım edib. O, tviterdə yazıb:
“İsrail səfiri Mixael Hersoqun Türkiyə səfiri də daxil olmaqla digər səfirlərlə birgə Vaşinqtonda Azərbaycan səfiri Xəzər İbrahim tərəfindən şam yeməyində görməyimə şad oldum”.