Aİ Azərbaycanın 8 erməni hərbçini təhvil verməsini alqışlayır
- 07.02.2022, 16:01,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
Telexeber.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.
Onun sözlərinə görə, bu, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir.
Qeyd edək ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.