Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bir sıra sərt sanksiyalar tətbiq edib.
Telexeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel rəsmi tviter hedabında paylaşım ediblər.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Rusiyaya tətbiq edilən sanksiyaları bəan edib:
“Bu axşam təsdiqlənən kütləvi və məqsədyönlü sanksiyalar paketi Aİ-nin nə qədər vahid olduğunu göstərir.
Birincisi, bu paketə Rusiya bank bazarının 70%-ni və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir.
İkincisi, biz xüsusilə Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektorunu hədəfləyirik”, - Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen özünün tviter hesabında yazıb.
İxrac qadağamız Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməklə, neft sektoruna zərbə vuracaq.
Üçüncüsü: Rusiya aviaşirkətlərinə təyyarə və avadanlıqların satışını qadağan edirik.
Dördüncüsü, biz Rusiyanın yarımkeçiricilər və ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışını məhdudlaşdırırıq.
Nəhayət: vizalar. Diplomatlar, əlaqəli qruplar və iş adamları artıq Avropa İttifaqına imtiyazlı giriş əldə etməyəcəklər”, - o əlavə edib.
Bundan başqa, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynaya siyasi, maliyyə və humanitar yardım etmək üçün çalışdıqlarını qeyd ediblər:
"Bu gün Zelenski və ukraynalılarla həmişəkindən daha çox həmrəyik. Beynəlxalq tərəfdaşlarla Ukraynaya siyasi, maliyyə və humanitar yardım göstərmək üçün qətiyyətlə hərəkət edirik".