Azərbaycan XİN başçısının müavini Paraqvay Senatının sədri ilə görüşüb - FOTO

Azərbaycan XİN başçısının müavini Paraqvay Senatının sədri ilə görüşüb - FOTOAzərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Paraqvay Senatın sədri Oskar Salomon, Senatda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Lukas Akino, Xarici əlaqələr komissiyasının üzvləri və Paraqvayın müxtəlif ticarət palatalarının rəhbərləri ilə görüşüb.

Bu barədə Telexeber.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini, ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafının zəruriyyətini vurğulayıblar.

E.Məmmədov, həmçinin Paraqvayın Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri və Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Uolter Harmsla da görüş keçirib.

Azərbaycan rəsmisi Paraqvayın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə davamlı dəstəyinə, o cümlədən Paraqvay Parlamenti tərəfindən Xocalı soyqırımın tanınmasına dair qəbul olunmuş qətnaməyə görə təşəkkür edib.

Görüşdə həmçinin Azərbaycan və Paraqvay arasında beynəlxalq parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan XİN başçısının müavini Paraqvay Senatının sədri ilə görüşüb - FOTO
Популярный ролик