Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıqla bağlı saziş təsdiq olunacaq
- 13.09.2022, 09:11,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlıqla bağlı saziş təsdiq olunacaq.
Telexeber.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 16 sentyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.