Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik ediləcək

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik ediləcəkAzərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik ediləcək.

Telexeber.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyası çərçivəsində keçiriləcək ilk - 2022-ci il 20 sentyabr tarixli iclasının gündəliyinə daxil edilən məsələdə əksini tapıb.


İclasın gündəliyinə 3 məsələ daxil edilib, bunlar aşağıdakılardır:

1.Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə Hesabat.

2.Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

3.“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.
Популярный ролик