Türkiyə KİV-i Ermənistanın təxribatından yazır

Türkiyə KİV-i Ermənistanın təxribatından yazırErmənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı və davamlı təxribat törətməsi Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Telexeber.az-ın məlumatına görə, Anadolu agentliyi, “TRT Haber”, “Haber Global”, “NTV” və başqa telekanallar, “Milliyet”, “Hurriyet”, “Takvim” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları işğalçı dövlətin hərbi təxribatları barədə geniş məlumatlar yayıb.


Türkiyə mediası yazır ki, qarşıdurmanın əsas səbəbi Azərbaycan Ordusunun mövqelərinin intensiv atəşə tutulması və genişmiqyaslı təxribatlardır. Həmçinin qeyd edilir ki, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın gördüyü əks tədbirlər lokal xarakter daşıyır və hərbi hədəflərə qarşı yönəlib. Cavab tədbirləri Azərbaycan sərhədlərinin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıyır.
Популярный ролик