"Bakı və Yerevan Brüsselin vasitəçiliyində maraqlıdır" - AÇIQLAMA

"Bakı və Yerevan Brüsselin vasitəçiliyində maraqlıdır" - AÇIQLAMAXəbər verdiyimiz kimi, oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü başlayıb.

Telexeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Politoloq Məhəmməd Əsədullazadə bu görüşü şərh edən zaman bildirdi ki,


MDB dövlət başçılarının Sankt-Peterburq qeyri-rəsmi zirvə görüşündə Azərbaycan və Ermənistan liderlərinin yenidən bir araya gəlməsi mümkündür.

"Rusiya Praqada qəbul olunan Bəyannamədən narahatdır. V. Putin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin Brüssel formatı çərçivəsində əldə edilməsinə maksimum təzyiq edəcək. Moskva iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün işçi qrupunun Moskvanın vasitəçiliyi ilə həyata keçirilməsinə çalışacaq. Bakı və Yerevan sülh gündəliyini Brüsselin vasitəçiliyi ilə aparılmasında maraqlıdır."
Популярный ролик