"Türkiyə ilə Azərbaycan iş adamlarının qarşısında maneə olmamalıdır"
- 05.11.2022, 10:14,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

“Türkiyə və Azərbaycan iş adamlarının qarşısında hansısa maneə olmamalıdır”.
Telexeber.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezienti Fuat Oktay deyib.
O bildirib ki, türkiyəli iş adamları Azərbaycanda, azərbaycanlı biznesmenlər isə Türkiyədə hansısa çətinliklə üzləşməməlidir: "E-dövlətin yaranması istiqamətində Türkiyədə və Azərbaycanda ciddi işlər gedir. İndiki arzumuz isə bunu uzlaşdırmaq, "Şuşa Bəyannamə"sinə uyğun olaraq əlaqələrimizi daha da gücləndirməkdir".