Səmərqənddə TDT XİN rəhbərlərinin iclası keçirilir

Səmərqənddə TDT XİN rəhbərlərinin iclası keçirilirÖzbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

Telexeber.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Səmərqənddə keçirilən mətbuat konfransında bildirib ki, sabah ticarətin asanlaşdırılması ilə bağlı strateji sənəd, sadələşdirilmiş gömrük dəhlizi və yükdaşımalarla bağlı razılaşma sənədləri imzalanacaq.

Həmçinin iclasda TDT-nin sabah keçiriləcək yığıncağında quruma üzv ölkələrin liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.
Səmərqənddə TDT XİN rəhbərlərinin iclası keçirilir
Популярный ролик