Putin İlham Əliyevə zəng etdi
- 23.11.2022, 08:44,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+

Noyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telexeber.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.