Ermənistanda Rusiya Prezidenti Vladimir Putinin səfərinə etiraz olaraq aksiya keçirilib.
Telexeber.az Hraparak nəşrinə istinadən xəbər verir ki, aksiya İrəvanda təşkil olunub. İştirakçılar Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun "persona-non-qrata" (arzuedilməz şəxs) elan edilməsini tələb edən plakatlar tutublar.
Qeyd edək ki, Putin KTMT-nin iclasında iştirak etmək üçün İrəvanda səfərdədir. O, Ermənistana bir gün əvvəl gəlib. Bu gün isə baş nazir Nikol Paşinyanla görüş keçirəcək.