Ermənistan tərəfi Azərbaycana təklifin detallarını açıqladı
- 23.12.2022, 08:40,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistan sülh müqaviləsi layihəsinin mətnində Azərbaycana təminatçılıq institutu yaratmağı təklif edib”.
Telexeber.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 22-də Ermənistan parlamentində keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu təsisat müqavilənin icrasını təmin etmək üçün nəzərdə tutulur: “Bundan başqa, yaranacaq həlli mümkün olmayan böhranla bağlı Beynəlxalq Məhkəməyə müraciət mexanizminin yaradılmasını da təklif etmişik”.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında sülh müqaviləsindən danışmışdı.
Baş nazir bildirib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib.