İraq və Suriyadan ölkəyə gətirilən vətəndaşlarımızın sayı açıqlanıb
- 28.12.2022, 08:41,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər çərçivəsində ölkəyə gətirilən vətəndaşlarımızın sayı açıqlanıb.
Telexeber.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, 2022-ci ildə 54 uşaq,14 qadın olmaqla 68 vətəndaş, 2020-ci ildən etibarən 380 uşaq, 29 qadın olmaqla ümumilikdə 409 vətəndaş İraq və Suriyadan Azərbaycana gətirilib.
Həmçinin Ukraynada ümumilikdə 16 mindən çox şəxsin təxliyəsi təmin olunub.