İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib
- 23.02.2023, 08:58,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib.
Telexeber.az xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"