Yaxın günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər veriləcək
- 21.05.2020, 08:09,
- Sosial
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə bu il azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyalardan olan vətəndaşların 2020-ci il üzrə mənzillə təminatına başlanacaq. Onlardan bir hissəsinə yeni yaşayış binalarından alınmış mənzillər veriləcək.
Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin 2020-ci il üzrə avtomobillə təminatı işlərinə də yaxın günlərdə başlanacaq.
Mənzillə və avtomobillə təminat tədbirləri il ərzində davam edəcək.
Xatırladaq ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600 mənzil və fərdi ev, müharibə əlillərinə 6750avtomobil verilib.