Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən ianələrin məbləği məlum oldu
- 26.05.2020, 08:00,
- Sosial
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub.
Telexeber.az report-a istinadən xəbər verir ki, Fonda indiyə qədər 113 460 503 manat ianə köçürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.