165 gündən sonra nəşi tapılan şəhid Ordubadda dəfn edilib
- 18.03.2021, 19:27,
- Sosial
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Telexeber.az xəbər verir ki, 1988-ci il təvəllüdlü şəhid İntiqam Allahverdi oğlu Abdullayevin nəşi 165 gündən sonra Murovdağ istiqamətində tapılıb.
Leytenant Abdullayev İntiqam Ordubad rayonunun Düylün kəndindəndir. Bu gün səhər saatlarında onun cənazəsi Bakıdan Ordubada aparılıb və kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, İntiqam Abdullayev Vətən Müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşdə iştirak edib. 4 oktyabr 2020-ci ildən sonra ondan xəbər almaq mümkün olmayıb. Martın 16-da onun şəhid olması dəqiqləşib.
Allah rəhmət eləsin!