"MilliÖn"də "BakıKart"l bağlı problem aradan qaldırılır
- 30.03.2021, 17:59,
- Sosial
Facebook
Вконтакте
Одноклассники
Google+
"MilliÖn" ödəniş terminallarında "BakıKart" balansının doldurulması ilə bağlı yaranmış problemlər aparatların texniki yenilənməsi ilə əlaqədardır.
Bu barədə Telexeber.az-a "BakıKart"dan bildiriblər.
"BakıKart"ın mütəxəssisi bildirib ki, bu problemlər gün ərzində aradan qaldırılacaq.
Bundan başqa, qeyd olunub ki, proqram təminatının yenilənməsi gediş kartlarının balansının doldurulması zamanı problem ehtimalını heçə endirəcək.
Qeyd edək ki, martın 29-dan etibarən sərnişinlər "MilliÖn" terminallarında "BakıKart"ların balansının doldurulması zamanı problemlə üzləşir.