Aparıcı Aytənin qardaşı faciəvi şəkildə dünyasını dəyişib — VİDEO

Aparıcı Aytənin qardaşı faciəvi şəkildə dünyasını dəyişib — VİDEO"Qızım violonçel dərsləri alır. İstəyir İngiltərədə kral ansamblında violonçel ustası olsun. Qeyd etsin ki, azərbaycanlıdır".

Bu sözləri aparıcı Aytən Səfərova qonaq olduğu "Üçümüz" verilişində deyib. Qızından danışan aparıcı onun musiqiçi olduğunu söyləyib.
Aytən ona ünvanlanan "Neçə kiloqramsınız" sualına əsəbiləşib. O, "Yoldaşımın qaldıracağı kilodayam: həm fiziki, həm mənəvi. Narahat olmayın. Hər qadın çəkisindən asılı olmayaraq, hər kişinin gücünə görə deyil" sözlərini deyib.

Səfərova daha sonra bir qardaşının dünyasını dəyişməsindən bəhs edib. Göz yaşlarını saxlaya bilməyən aparıcı ilk dəfə bunu danışdığını söyləyib:

"Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları aparırdı Rusiyaya işləməyə. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi.

O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin. Çox qorxuludur. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim su olur. 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım". (big.az)
Популярный ролик