Rezidenturaya sınaq imtahanı keçirilir
- 05.08.2023, 10:42,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gün rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanı keçirilir.
Bu barədə Telexeber.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Sınaq imtahanı DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.