İmtahan verən müəllimlərin nəzərinə
- 10.06.2024, 14:32,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

8 iyun tarixində təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.
Bu barədə Telexeber.az-a Təhsil İnstitutundan xəbər verilib.
Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, müraciətlər 13 iyun saat 11:00-a qədər qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.