Qarabağ Universitetinin fakültələri Şuşa və Xocalıya köçürülür
- 25.09.2024, 08:54,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya köçürüləcək”.
Telexeber.az xəbər verir ki, bu sözləri Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.
O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır: “1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmlərdir. Universitetimi qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq”.
Rektor universitetin aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.