Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq - Nazir
- 01.12.2024, 11:20,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq.
Telexeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, universitetə növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.
“Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisalar da yaradılacaq. Yəni, mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr - kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və digər müəllimlik ixtisaslarını çalışacağıq ki, tam əhatə edək”, - deyə o bildirib.