Cəlilabaddan olan müəllim maksimum bal topladı
- 20.06.2025, 11:45,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Rəvan İmanov maksimum nəticə - 60 bal toplayıb.
Telexeber.az-ın məlumatına görə, o, Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir.
R.İmanov Cəlilabad rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb.
Qeyd edək ki, test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.