"Dərs vaxtı"nın bu günə olan cədvəli
- 06.05.2020, 09:02,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

"Mədəniyyət” və "ARB Günəş" kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 6-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.
Təhsil Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.