"Təhsil sisteminin gücü müəllimin gücündən artıq deyil" - Nazir müavini
- 04.03.2026, 15:52,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

“Təhsil cəmiyyətə ən böyük müsbət təsiri yaradan sahədir”.
Telexeber.az xəbər verir ki, Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə müəllimlərin cəmiyyətin inkişafındakı rolundan danışıb.
Onun sözlərinə görə, hər bir təhsil sisteminin gücü müəllimin gücündən artıq ola bilməz. Təhsil elə bir sahədir ki, cəmiyyətə müsbət kənar təsirlər yaradır. Bir sinif otağına daxil olan müəllim təkcə dərs prosesini aparmır, eyni zamanda bütöv auditoriyanı maarifləndirir və formalaşdırır.
Nazir müavini qeyd edib ki, təhsil nəticələrinin yüksək olduğu ölkələrdə cinayət göstəriciləri daha aşağı olur, iqtisadi inkişaf isə daha yüksək səviyyədə müşahidə edilir. Onun fikrincə, cəmiyyəti formalaşdıran ən böyük memarlar məhz müəllimlərdir.
K.Kərimzadə vurğulayıb ki, müəllimlik digər peşələrdən fərqli olaraq cəmiyyətdə xüsusi mövqeyə malikdir və onlar bir növ sosial dayaqlardan biridir.
O əlavə edib ki, zaman keçməsindən asılı olmayaraq Azərbaycan müəllimləri bütün çətinliklərə baxmayaraq mühüm işlər görməyə davam edirlər.