Təhsil naziri “Virtual əlaçı” müsabiqəsinin qalibləri görüşdü
- 13.06.2020, 08:54,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 12-də Təhsil naziri Ceyhun Bayramov “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib.
Təhsil Nazirliyindən Telexeber.az-a verilən məlumata görə, nazir xatırladıb ki, ölkənin ən iri onlayn platforması və 1 milyondan artıq istifadəçisi olan "Virtual məktəb" portalında keçirilən “Virtual əlaçı” bilik yarışmasının əsas məqsədi şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq olub. Hər həftə keçirilən yarışmada şagirdlər portalda “Testlər” bölməsində verilən tapşırıqları həll edir, hər sinif üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan olunur. Bu günədək müsabiqədə yüz minlərlə şagird iştirak edib və onlar arasında 149 nəfər şagird həftələr üzrə qalib elan edilib. Bakı məktəblərindən 87 nəfər, rayon məktəblərindən isə 62 nəfər qalib olub.
Ceyhun Bayramov bildirib ki, “Virtual məktəb” portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər keçiriləcək.