Azərbaycanda növbəti qəbul imtahanları keçirilir

Azərbaycanda növbəti qəbul imtahanları keçirilirBu gün cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları və II, III və V ixtisas qrupları üzrə ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanlar (Azərbaycan və ya rus dili) keçirilir.

Telexeber.az xəbər verir ki, imtahanlar Binəqədi, Pirallahı, Suraxanı, Nərimanov, Sabunçu, Qaradağ, Abşeron, Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş), Şəmkir (Şəmkir, Gədəbəy), Ağcabədi (Ağcabədi, Ağdam), Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu), Masallı (Masallı, Yardımlı), Cəlilabad (Cəlilabad), Şirvan (Şirvan, Hacıqabul, Saatlı), Zaqatala (Balakən, Zaqatala, Qax), Quba (Quba, Qusar), Şamaxı (Şamaxı, Qobustan), Naxçıvan imtahan mərkəzlərində keçirilir.
İmtahanlar 19 şəhər və rayonunda təşkil olunub. İmtahanlarda 16884 abituriyentin iştirakı nəzərdə tutulur.
Популярный ролик