Azərbaycanda yeni universitet yaradılır
- 09.03.2021, 17:09,
- Təhsil
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması üçün aidiyyatı üzrə müraciət edilib.
Telexeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur.
Ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.