Yeni tədris ili yaxınlaşdıqca pandemiya dövründə təhsil müəssisələrində tətbiq ediləcək qaydalar daha çox müzakirə mövzusuna çevrilir. Tədris prosesinə cəlb olunan müəllimlərin vaksinasiyası vacib şərtdir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar. Respublika üzrə təhsil işçilərinin 220 min nəfərindən 140 minə yaxınına koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulub. 35 minə yaxın təhsil işçisi, əks göstərişlə bağlı arayış təqdim edib.