Daha bir məktəb distant təhsilə keçdi

Daha bir məktəb distant təhsilə keçdiBakıda 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil təhsilə keçib.

Bu barədə Telexeber.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbdə 25 şagirdi və 4 müəlliminin COVİD-19 infeksiyasına yoluxub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.


Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Популярный ролик